UEFA-dan bu epizodla bağlı şok etiraf gəldi: Səhv qərar idi

İDMAN 24 sentyabr 2024, 09:04
UEFA Hakimlər Komitəsi Antoni Teylorun Avro-2024-ün 1/4 finalında Almaniya ilə görüşdə İspaniyanın qapısına penalti təyin etməməyin səhv qərar olduğunu etiraf edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. 106-cı dəqiqədə almaniyalı yarımmüdafiəçi Camal Musialanın zərbəsindən sonra top ispan müdafiəçi Mark Kukurellanın əlinə dəysə də, hakimin fiti susub.

VAR da müdaxilə etməyib. Nəticədə 119-cu dəqiqədə Mikel Merinonun vurduğu qol sayəsində İspaniya yarımfinala yüksəlib və sonda turnirin qalibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top