Gimnastlarımızdan Portuqaliyada 4-cü qızıl medal

İDMAN 22 sentyabr 2024, 17:29
Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar.

Demokrat.az xəbər verir ki, Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz yüksək nəticə göstərərək qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, təmsilçilərimiz daha əvvəl qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələməyi bacarmışdı. Kişilərdən ibarət cütlük - Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 16:41
Top