"Bavariya" səfərdə beş qol vurdu

İDMAN 21 sentyabr 2024, 20:12
Almaniya Bundesliqasında 4-cü turunda "Werder" və "Bavariya" qarşılaşıb.

Demokrat.az Oxu.Az-a istinadə.  xəbər verir ki, komandalar Bremendəki "Voninvest Weserstadion" arenasında üz-üzə gəliblər.

Görüş Münhen klubunun 5:0 qələbəsilə başa çatıb.

"Bavariya"nın heyətində Maykl Olise dubla imza atıb, Camal Musiala, Harri Keyn və Serj Qnabri də fərqləniblər.

Qeyd edək ki, "Bavariya" 2024/2025 mövsümündə Bundesliqa turnir cədvəlində birinci yerdədir. Komanda dörd görüşdən sonra 12 xal toplayıb. "Werder" isə 4 xalla 12-ci yerdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 21:40
21 sentyabr 2024, 21:25
Top