Gəlin maşını qəzaya uğradı: Bəy ağır xəsarət alıb, ölən var — FOTO

HADİSƏ 21 sentyabr 2024, 20:20
Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, toyu olacaq bəy xəsarət alıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı gəlin maşını 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Digər avtomobilin sürücüsü, toyu olacaq şəxs Rəsulov Fərid Emin oğlu və avtomobildə olan sərnişinlər Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 21:40
21 sentyabr 2024, 21:25
Top