İsmayıllıda yük maşını çobanı vurdu, onlarla qoyun tələf oldu

HADİSƏ 22 iyun 2025, 20:14

İsmayıllıda yük maşını çobanı vurub, onlarla qoyun tələf olub.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "KamAZ" markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Qocaman Elqirax oğlu Bəyalıyev xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

Çoban ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top