ABŞ-ın İran ərazisində yerləşən üç nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq.
APA xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
“ABŞ bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, bu addım cavabsız qalmamalıdır,” – deyə Pezeşkian Makronun təmkinli olmağa çağırışına cavab olaraq bildirib.
İran prezidentinin sözlərini onun administrasiyası yayıb.
Pezeşkian əlavə edib ki, Tehran həmişə danışıqlara açıq olduğunu bəyan edib, lakin “qarşı tərəf İran xalqından təslim olmağı tələb edib”.