İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər

DÜNYA 22 iyun 2025, 23:14
İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda respublikanın “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmasının lehinə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib.

“Komitə üzvlərinin əksəriyyəti MAQATE-nin fəaliyyətini kəskin tənqid edərək, agentliklə əməkdaşlığı dayandırmağa çağırıblar. Bundan əlavə, parlamentin növbəti iclasının gündəliyinə daxil edilməsi planlaşdırılan komitə üzvlərinin tələbləri arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilədə iştiraka yenidən baxılması və İranın müqavilədən çıxması da var”, - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top