Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb

HADİSƏ 21 sentyabr 2024, 23:01

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan altı nəfər (dörd kişi, iki qadın) saat 14:30-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri, 1980-ci il təvəllüdlü kişi sağ baldır sümüyünün orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 21:40
21 sentyabr 2024, 21:25
Top