Kürdəmirdə mikroavtobus qəzaya uğradı

HADİSƏ 21 sentyabr 2024, 14:48
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Gürcüstan sərhədi magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Mercedes" markalı mikroavtobus qəzaya uğrayıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Həmin qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top