“Bəşər Əsədlə görüşməyə hazırıq” — Ərdoğan

DÜNYA 21 sentyabr 2024, 16:32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşməyə hazır olduğunu açıqlayıb.

Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ərdoğan bu haqda BMT Baş Assambleyasında iştirak edəcəyi ABŞ-yə uçmazdan əvvəl jurnalistlərə bildirib.

“Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik. Biz prezidentlər səviyyəsində danışıqlara hazırıq. Ümid edirəm ki, bu görüş baş tutacaq. Qarşı tərəfdən cavab gözləyirik”, - deyə Ərdoğan əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top