Türkiyədə Ərdoğanın vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlandı

DÜNYA 21 sentyabr 2024, 10:35
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Dövlət başçısının bu barədə qərarı "Rəsmi qəzet”də dərc olunub.

Bildirilib ki, buna səbəb R.T.Ərdoğanın ABŞ-a səfəridir.

Qeyd olunub ki, prezidentin sentyabrın 21-dən 26-dək davam edən səfəri ilə əlaqədər Türkiyə konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək. (Report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 13:22
Top