
Axşam üz-üzə gələcək "Fənərbağça" və "Qalatasaray" tarixlərinin ən bahalı heyətləri ilə meydanda olacaq.
Demokrat.az xəbər verir ki, oynayacağı təqdirdə Viktor Osimhen 100 milyon avro ilə meydanın ən dəyərli oyunçusu olacaq.
"Fənərbağça"da 22 milyon avro ilə mərakeşli Sofyan Amrabat komandanın ən bahalı oyunçusudur.
İki əzəli rəqibin ümumi heyətinin dəyəri 19 milyard 800 milyon liradır.
"Qalatasaray" bu baxımdan Türkiyə liqası komandaları arasında heyətində 288,45 milyon avro dəyərində oyunçularla liderdir.
"Fənərbağça"nın heyətində futbolçuların dəyəri 231,35 milyon avrodur.
Sarı-göylülər bu sahədə 2-ci yerdədir.
Xatırladaq ki, bu axşam "Ülkər" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (Baku.ws)