Skandinaviya Hava Yollarına (SAS) məxsus təyyarə sərnişinin yeməyində siçan tapıldığı üçün təcili eniş edib.
Demokrat.az xəbər verir ki, sentyabrın 18-də Oslo-Malaqa reysini həyata keçirən “SK4683” uçuşu zamanı SAS təyyarəsində sərnişinin yeməklərində siçan tapılıb.
Vəziyyəti "təhlükəsizlik riski" kimi xarakterizə edən uçuş heyəti təyyarəni hərtərəfli kabin yoxlaması üçün Danimarkanın paytaxtı Kopenhagenə yönəltməyə qərar verib.
Hadisədən sonra SAS sərnişin təyyarəsi Kopenhagendə məcburi eniş edib.
Təyyarənin sərnişinlərindən Jarle Borrestad Facebook hesabında "İnanın ya da inanmayın. Yanımda bir qadın yeməyi açdı və siçan çölə atıldı" sözlərini paylaşıb.
SAS sözçüsü Oystein Schmidt, verdiyi açıqlamada, "Prosedurlarımıza uyğun olaraq təyyarədə dəyişiklik edildi" deyib və sərnişinlərin başqa bir təyyarə ilə İspaniyanın Malaga şəhərinə köçürüldüyünü bildirib.
Mehriban Mirzəzadə
Demokrat.az