Xalq artisti Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasında solo konsertlə çıxış edəcək

MƏDƏNİYYƏT 21 sentyabr 2024, 13:18

Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutacaq. 

Demokrat.az xəbər verir ki, Xalq artisti konsert zamanı Səid Rüstəmovun "Oxu gözəl",  Nəriman Əzimovun "Gözəl Gəncəm", Habil Əliyevin "İlk məhəbbətim", Adil Bayramovun "Ceyran", xalq mahnısı "Qaragilə", Rahib Şirinovun  "Azərbaycan"  və s. digər mahnıları ifa edəcək.  

Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında rəqslər nümayiş etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 15:17
Top