Mədəniyyət

Xalq artisti Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasında solo konsertlə çıxış edəcək

Xalq artisti Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasında solo konsertlə çıxış edəcək

Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutacaq.

Demokrat.az xəbər verir ki, Xalq artisti konsert zamanı Səid Rüstəmovun "Oxu gözəl", Nəriman Əzimovun "Gözəl Gəncəm", Habil Əliyevin "İlk məhəbbətim", Adil Bayramovun "Ceyran", xalq mahnısı "Qaragilə", Rahib Şirinovun "Azərbaycan" və s. digər mahnıları ifa edəcək.

Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında rəqslər nümayiş etdiriləcək.

NE
Nihadə Eyyubova