Zelenski: “Tərəfdaşlarımız qorxduqları üçün Rusiyanı vurmağa icazə vermirlər”

DÜNYA 21 sentyabr 2024, 15:38
“Ukrayna Rusiya Federasiyasının ərazisində uzaqmənzilli silahlardan istifadə etməyib. Tərəfdaşlarlarımı eskalasiyadan qorxduqları üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermirlər.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.

“Bizim uzaq mənzilli silahlarımız var. Amma bizə lazım olan miqdarda deyil. Ancaq buna baxmayaraq, bizdə Storm Shadow, ATACMS, SCALP raketləri var. Amma nə Amerika, nə də Böyük Britaniya bizə bu silahları Rusiya ərazisində, heç bir məsafədə heç bir hədəfə qarşı istifadə etməyə icazə vermədi. Biz Rusiya Federasiyasının ərazisində uzaqmənzilli silahlardan istifadə etməmişik”, - deyə Zelenski jurnalistlərlə görüşündə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top