Tatarıstan rəhbəri: Azərbaycanın bütün sahələrdəki uğurları bizi ürəkdən sevindirir

DÜNYA 21 sentyabr 2024, 17:44
Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur, bu əlaqələr inkişaf etməkdə və genişlənməkdə davam edir.

Demokrat.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov deyib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayında çıxışı zamanı o, Azərbaycanın bütün istiqamətlərdə - iqtisadiyyatda, tikintidə, modernləşmədə əldə etdiyi uğurlarına ürəkdən sevindiklərini bildirib.

Tatarıstan rəhbəri Azərbaycanın Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edib.

“Siz tarixi problemi həll etdiniz, torpaqlar Azərbaycana qayıtdı. Azərbaycan xalqının və Prezident İlham Əliyevin qələbəsi ölkənin yüksəliş yolunda olduğunu göstərir və biz əməkdaşlıqdan məmnunuq”, - R.Minnixanov söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top