Yaponiyada daşqınlara görə 50 min insan üçün təxliyə əmri verildi

DÜNYA 21 sentyabr 2024, 18:13
Yaponiyada meteoroloqlar şiddətli yağışın daşqınlara səbəb olacağını proqnozlaşdırdıqları üçün dörd şəhərdə təxminən 50 min insan üçün kütləvi təxliyə əmri verilib.

Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) bəzi ərazilər üçün güclü yağışla bağlı “ən yüksək səviyyəli fövqəladə vəziyyət” xəbərdarlığı edib.

Meteoroloqların böyük daşqın gözlədiyi Noto yarımadasındakı Vacima şəhərində təxminən 18 min, Suzuda isə 12 min insanın təxliyəsi qərara alınıb.

Bundan əlavə, İşikava əyalətinin şimalındakı Niiqata və Yamaqata prefekturalarında yaşayan 16 min nəfər üçün təxliyə əmri verilib.

Bildirilib ki, ölkə ərazisində yağan yağışlar nəticəsində 12 çay məcrasından çıxıb. Bəzi küçələrin tamamilə su altında qaldığını göstərən görüntülər mediada öz əksini tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top