"Allah onların cəzasını versin"

ŞOU-BİZNES 21 sentyabr 2024, 16:40

Xəbər verdiyimiz kimi, 13 yaşlı yeniyetmə Ramal Rəsulov "Səni axtarıram" proqramına gələrək qaldığı 3 saylı uşaq evində onları döyüb, əziyyət verildiyini deyib.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni İradə İbrahimova bununla bağlı paylaşım edərək, üzüntüsünü bu sözlərlə ifadə edib:

"Kim bilir, görmədiyimiz, bilmədiyimiz, eşitmədiyimiz neçə günahsız körpələr, insanlar var. Allah sevgisi, inamı olan bunu edə bilməz. Allah özü cezalarını versin. Bu körpələrin də köməyi olsun". 

Qeyd edək ki, Ramal "Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb.

Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: sözügedən vəzifəni Gülnarə Şəmiyeva icra edir). O da belə şeylər edir" sözlərini söyləyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top