Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib

SİYASƏT 21 sentyabr 2024, 16:23
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

“Dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin, o cümlədən ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir. Sizə cansağlığı və uğurlar, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə məktubda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top