Konstitusiya Məhkəməsi bu gün seçkilərə yekun vuracaq

SİYASƏT 21 sentyabr 2024, 08:34
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclas keçiriləcək.

Demokrat.az xəbər verir ki, iclas sentyabrın 21-də saat 15:00-a təyin edilib.

İclas Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkinin nəticələrinə həsr olunub.

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-də keçirilib və 125 dairə üzrə lider namizədlər müəyyən olunub.

Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkiyə yekun vurub və parlamentin yeni tərkibini açıqlayıb. Elə həmin gün MSK seçki yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 09:23
Top