“17-ci əsrdən Qarabağ ərazisində məskunlaşan məlikliklər Qarabağ üçün problem yaratmağa başladılar. Çar Rusiyası, II Yekaterinanın bu əraziləri iddiaları baş qaldıranda məlikliklər Rusiyanın nə yolla olur olsun, buraya gəlməsini istəyirdilər. II Yekaterina general Zubova yazırdı ki, Qarabağı al, ermənilərin sayını artır və mənim şərəfimə orada Çarqrad şəhərinin əsasını qoy. Xoşbəxtlikdən II Yekaterinanın ölümü bu prosesi yarımçıq qoydu. Amma Qarabağda məskunlaşan məlikliklər burada xristian mövqeyini möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edirdilər”.
Bu faktları Demokrat.az-a millət vəkili, tarixçi Anar İsgəndərov açıqlayıb. A.İsgəndərov qeyd edib ki, Qarabağ xanlığı dövründə də bu məlikliklər separatçı mövqelərindən əl çəkmədilər:
“Şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra Qarabağda ermənilər üçün meydan açıldı, İran və Osmanlıdan on minlərlə erməni buraya köçürüldü, demoqrafik göstəricidə onların sayı artırıldı. Azərbaycanlı əhali isə ermənilərin buraya köçürülməsini qəbul etmirdi”.
Millət vəkilinin sözlərinə görə 1918-1920-ci illərdə Cümhuriyyət Qarabağa daxil oldu və erməni icması Azərbaycan qanunlarını qəbul etməyə məcbur edildi:
“Cümhuriyyətin süqutundan sonrra 1921-ci ildə Qarabağa Azərbaycan daxilində muxtariyyət verilməsi haqqında qərar qəbul edildi və Şuşa paytaxt oldu. 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması təsdiq edildi. Beləliklə, rəsmi Moskvanın qərarı ilə Azərbaycan torpaqlarında separatçı qüvvə yaradıldı”.
A.İsgəndərov 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Qarabağ ərazisinin Azərbaycandan ayrılıb Ermənistana verilməsi ilə bağlı fikirlərin ortaya atıldığını xatırlatdı:
“2020-ci ilə qədər bu torpaqlar Ermənistanın işğalı altında qaldı, 1 milyondan çox əhali qaçqın və məcburi köçkün oldu. 44 günlük müharibədə Azərbaycan torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Lakin mərkəzi Xankəndi olan separatçı yuvası hələ də varlığını saxlayırdı. 2023-cü ilin sentyabrın 20-də bu separatçı yuvası da darmadağın edilərək Qarabağda erməni idarəçiliyinə tamamilə son qoyuldu. Bu qurum tarixin arxivinə dəfn edildi. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın regionda mövqeyini möhkəmləndirdi, bölgədə yeni reallıq yaratdı”.
Törə Zeynallı
Demokrat.az