Rayonlarda pensiya ödənişi niyə gecikir? — Rəsmi CAVAB

SİYASƏT 20 sentyabr 2024, 15:22
Bölgələrdə pensiya verilişinin gecikməsi ilə bağlı məlumatlar yayılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Göyçay sakini Mikayıl Hacıyev də müraciət edib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda pensiyaların verilməsi vaxtında təmin olunsa da, rayonlarda bu sahədə problem yaşanır: "İki aydır ki, pensiyalar ən azı 5-6 gün gecikmə ilə verilir. Bilmirik, bu gecikmənin səbəbi nədir".

Sosial şəbəkələrdə də rayonlarda bir neçə aydır, pensiya ödənişlərində gecikmələrin olması ilə bağlı şikayətlərə rast gəlinir. 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, pensiya ödənişi ilə bağlı hər hansı gecikmə olmur: "Həm Bakı, həm də rayonlar üzrə pensiyaların ödənilməsində heç bir gecikmə yoxdur. Hər ay öncədən nəzərdə tutulmuş qrafikə uyğun olaraq cari ayın pensiyaları ödənilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top