Türkiyə səfirliyinin Dini işlər üzrə müşavirliyində jurnalistlərlə görüş keçirildi — FOTOLAR

SİYASƏT 21 sentyabr 2024, 13:58
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə  bir qrup jurnalist Səfirliyin Dini İşlər üzrə Müşavirliyində səhər yeməyinə dəvət olunub.

Demokrat.az xəbər verir ki, səmimi ortamda keçən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir jurnalistləri salamlayaraq, bu görüşün əhəmiyyətini qeyd edib, görülən işlər, yeni layihələrlə bağlı məlumat verib.
Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık islami dəyərlərlə jurnalist etikasının ortaq məqamlarından, xəbərçiliklə bağlı dəyərlərdən danışıb, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Sonda xatirə şəkli çəkilib, Müşavirlik tərəfindən jurnalistlərə müqəddəs "Quran"ın azərbaycan dilinə tərcümə nüsxəsi hədiyyə edilib .










 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top