MSK sədri: “Deputatlığa namizədlərin qeydə alınması şəffaf şəkildə həyata keçirilib”

GÜNDƏM 21 sentyabr 2024, 16:23
Deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi şəffaf və açıq şəkildə həyata keçirilib.

Demokrat.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 21-də keçirilən iclasında söyləyib.

O bildirib ki, seçkidə iştirak etmək arzusunda olan bütün namizədlərə təşviqat və təbliğat üçün lazımi şərait yaradılıb. Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6478 seçki məntəqəsi üzrə keçirilib.

Məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb.  (Bizim.Media)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 17:21
Top