Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək

İDMAN 20 sentyabr 2024, 13:59
Bu gün futbol üzrə Misli Premyer Liqasında VII tura start veriləcək.

Demokrat.az xəbər verir ki, açılış matçında yeni mövsümə uğursuz başlayan “Kəpəz” Tovuz şəhər stadionunda “Şamaxı”nı qəbul edəcək. Görüş saat 17:00-da start götürəcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

Xalı olmayan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb. “Şamaxı” isə 8 xalla 6-cı sıradadır.

Turun mərkəzi görüşü Suraxanıda baş tutacaq. “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisi saat 20:00-da başlayacaq. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Rəqiblərindən 1 oyun az keçirən Ağdam klubu hazırda 12 xalla 2-ci, aktivində 4 xalı olan “Neftçi” isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 21-22-də təşkil olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top