Qəzzada ölənlərin sayı açıqlandı

DÜNYA 22 sentyabr 2024, 17:41
Qəzzada son sutkada 40 fələstinli ölüb, 58 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 41 431 nəfərə, yaralananların sayı 95 818 nəfərə çatıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 16:41
Top