Türkiyədə turist avtobusu aşdı: 20 nəfər yaralandı

DÜNYA 22 sentyabr 2024, 12:14
Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Osmaniye-Qaziantep arasındakı hissəsində idarəetmədən çıxan tur avtobusu aşıb.

Demokrat.az bu barədə Haber Global-a istinadən məlumat verir.

Qorxunc qəzada yaralanan 20 nəfər xəstəxanaya aparılıb.

Qəzaya sürücünün sükan idarəetməsini itirməsi səbəb olub. Hadisə nəticəsində o da yaralananlar arasındadır.

İnsidentin detalları araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 10:52
Top