Ukrayna iki Avropa ölkəsində yeni konsulluq açacaq

DÜNYA 21 sentyabr 2024, 19:30

Ukrayna Slovakiya və Rumıniyada bu ölkələrdə yaşayan və ya səfər edən ukraynalıların hüquq və maraqlarının müdafiəsini təmin edəcək yeni konsulluqlar açmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu genişlənmə avropalı qonşularımızla əməkdaşlığın dərinləşdirilməsi üzrə daha geniş strategiyanın bir hissəsidir. Slovakiya və Rumıniya tərəfdaşları təkcə suverenlik uğrunda mübarizəsində Ukraynanı dəstəkləmir, həm də ölkəmizin müharibədən sonrakı bərpası prosesində fəal iştirak etməyə hazırdırlar", - deyə məlumatda bildirilir.

Nazirlik həmçinin ölkələrə Ukraynaya və onun Avropaya inteqrasiya istəklərinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 21:40
21 sentyabr 2024, 21:25
Top