Bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb

SOSİAL 22 sentyabr 2024, 12:32
Sentyabrın 22-si saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, sentyabrın 22-si saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Şahbuz, Culfada 2 mm, Şahdağ, Xaçmaz, Qusar (Laza), Göygöl, Daşkəsən, Astara, Şərur, Naxçıvanda 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 29, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 10:52
Top