Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? — VİDEO

SOSİAL 22 sentyabr 2024, 09:14
Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzlərdə göstərilməyib.

Demokrat.az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən "MilliÖn" və "E-manat" terminallarında ödəniş edən zaman 1% komissiya tutulub. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilib.

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

"MilliÖn" şirkətindən bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. "Proses yeni tətbiq olunduğu üçün bu bir az vaxt alır", - deyə açıqlamada qeyd olunub.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 10:52
22 sentyabr 2024, 08:36
Top