Türkiyə basketbolunun məşhur siması evində ölü tapıldı

İDMAN 23 sentyabr 2024, 18:42
Türkiyə millisinin və "Fənərbağça"nın sabiq basketbolçusu Asim Pars 48 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki,  bu barədə Kalesija polisindən verilən açıqlamada bildirilib.

Məlumata görə, sabiq milli basketbolçu Asım Pars Bosniya və Herseqovinanın şimal-şərqindəki Kalesija şəhərindəki evində ölü tapılıb.

Bosniya əsilli sabiq oyunçu Türkiyədə "Qalatasaray", "Fənərbağça", "Efes Pilsen", "Pınar Karşıyaka" və "Türk Telekom" kimi klubların şərəfini qoruyub.

Asım 2001-ci ildə Avropa Basketbol Çempionatında ikinci olan Türkiyə Milli Komandasının heyətində yer alıb.

Qeyd edək ki, təqaüdə çıxdıqdan sonra Pars Bosniyada yaşayıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top