"Quska"nın məhkəməsi yenə TƏXİRƏ SALINDI

KRİMİNAL 19 sentyabr 2024, 16:03
Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi davam etdirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses onlayn formatda olub.

Buna səbəb Hüseyn Abdullayevin səhhəti ilə bağlı narahatlığının lentə alınmasını istəməməsi olub.
 
Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunan sabiq deputatın vəkili Şəhla Hümbətova onun yanında iştirak edib.

H.Abdullayevin digər vəkili Ceyhun Hüseynov keçən dəfə verilmiş vəsatətlə bağlı məhkəməyə yenidən müraciət edib.

Vəsatətə əsasən Hüseyn Abdullayevin müalicə etməsi üçün emumi cərrah və terapevt Prof. Qeybullah Abilə pentensiar xidmətin binasında daxil olmağa icazə verilməsi xahiş edilib. Vəkil bildirib ki, H.Abdullayev uzun müddətdir əziyyət çəkdiyi xəstəliyə görə 16 kg çəki itirib: "Vəziyyəti o qədər pisdir ki, vəkillərlə görüşə çıxa bilmir. Adil Qeybulla bundan öncə də digər təqsirləndirilən şəxsləri müayinə etmək üçün təcridxanaya buraxılıb və buna Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi də etiraz etmir".

Dövlət ittihamçısı vəsatətə etiraz edərək bildirib ki, təqsirləndirilən şəxsin səhhətində prosesə maneə olan heç bir hal yoxdur.

Məhkəmə vəsatəti qəbul edərək icrasını tapşırıb.

Prosesin davamında məhkəmə istintaqı mərhələsi təyin edilib. 

Dövlət ittihamçısı çıxış edərək keçmiş deputatın təqsirləndirildiyi maddələri sadalayıb.

Hüseyn Abdullayev özünü təqsirli bilmədiyini vurğulayıb:

Məhkəmə elan edib ki, əgər şəxs təqsirli bilinərsə, onu 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

İstintaq mərhələləsində öncə şahidlərin dinlənilməsinə daha sonra təqsirləndirilən şəxsin ifadə verməsinə və sənədlərin təqdim edilməsinə qərar verilib.

İlqar Mustafayev şahid qismində tanıdılıb. O, bildirib ki, 1994-cü ildən Hüseyn Abdullayevi tanıyır:

"Mən Hüseyn Abdullayevin ailəsinin yanında 1995-ci ildən çalışmağa başlamışam. Fərqli illərdə mağazada, tennis kortda administrator və ofisdə təsərrüfat işi kimi vəzifələrdə fəaliyyət göstərmişəm. H. Abdullayevin ailəsi kifayət qədər imkanlı olub. Mən onun atası Abbas bəy və anası Zeynəb xanımın etibarnaməsi əsasında fəaliyyət göstərirdim. Müxtəlif pul köçürmələri həyata keçirirdim. Vergiləri də ödəmək mənim vəzifəm idi. Müxtəlif daşınmalar, icarəyə verilmiş obyektlərdən gələn gəlirləri köçürtmək, kartdan çıxarıb ailəyə təqdim etməklə də mən məşğul olurdum".

Şahid əlavə edib ki, bu obyektlər Hüseyn Abdullayevin anası və atasının adına olub: 

"Araz İnc”. Abbas Abdullayevin adına olub. Mən köçürmələri də onun adına etmişəm. Y. Səfərov küçəsində Bank və 10-a yaxın obyektlər olub. Bir neçəsi icarəyə verilmişdi. Hər birindən gələn gəlir ayrı olub. Amma Hüseyn Abdullayevin bununla bağlı fəaliyyəti olmayıb. O sadəcə şifahi göstəriş verib. Ümumiyyətlə isə qanunsuz fəaliyyətlərinə heç vaxt rast gəlməmişəm. Çirkli pulları yuyulması və digər ittiham faktları ilə rastlaşmamışam".

İ. Mustafayev xaricdən pul köçürməsi ilə bağlı iddialardan da xəbəri olmadığını bildirib.

Şahid əlavə edib ki, müttəhim 2005-ci ildən sonra ona hansısa biznes göstərişi verilməyib.

O, prokurorun ünvanladığı suala cavab olaraq bildirib ki, Hüseyn Abdullayev ölkəni tərk etdikdən sonra yenidən görüşüblər:

"30 ildir ki, onu tanıyıram. 2012-ci ildə ölkəni tərk etdikdən sonra da telefon vasitəsi ilə danışırdıq. Danışıqlar hal-əhval soruşulması xarakterli olurdu. Məni bir neçə dəfə xaricə dəvət edib. Ölkəni səyahət etmək məqsədi ilə dəvəti qəbul edib onlarda qalmışam".

İclasın növbəti tarixi 3 oktyabra təyin edilib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. (Bizim.Media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top