“Əvvəl öz borcunu ödə, sonra danış...” — Qonşular arasında DAVA

HADİSƏ 19 sentyabr 2024, 16:09
Neftçala rayonunda 1968-ci il təvəllüdlü Asif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elgünə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 5-dəNeftçala rayonunun Həsənabad qəsəbəsində baş verib. 

Asif  yaşadığı evdə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Elgünün sifət nahiyyəsinə yumruqla vurub. Onu döyǝrǝk müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Neftçala rayonunun Kürqarabucaq kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşayır: 

“Zərərçəkmiş Elgüm qonşumdur. Elgünlə aramızda heç bir ədavətlərimiz, qərəzli münasibətlərimiz olmayıb. Həmişə nomal münasibətlərimiz olub”. 

Asif qeyd edib ki, iyulun 5-də, saat 14:20-də evdə tək olduğu vaxt tanışı Telman onlara gəlib, ondan içməyə su istəyib: 

“Telmana içmək üçün su verdim. Elə bu vaxt Telmanın arxasınca Elgün də evə gəldi. Elgün Telmandan nəsə borcunu istədi. Mənim bu barədə məlumatım olmadı. Elgün təkidlə Telmandan pulunu istədiyi üçün nə baş verdiyini xəbər aldım. Bu vaxt Elgün məni söydü. Elgünün söyüşünə görə özümü saxlaya bilmədim, onun ağız nahiyəsinə bir neçə dəfə yumruqla vurdum. Həmin vaxt Telman bizi aralaşdırdı. Elgünü götürərək apardı. Mən də baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Hadisə vaxtı Elgün məni döymədi. Hadisə mənim yaşadığım evdə baş verib. Hadisə vaxtı yanımızda Telman olub. Başqa heç kim olmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elgünün sözlərinə görə, Beyləqan rayonunun Əhmədli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır: 

“Müxtəlif şəxslərə məxsus evlərdə ustalıq etməklə dolanıram. Asif mənim qonşumdur. Asiflə heç bir ədavətim, düşmənçiliyim olmayıb. Həmişə normal münasibətlərimiz olub. Asif arabir məndən borc pul alıb. Asifin məndən 200 manat borcu yığılmışdı”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, iyyulun 5-də, saat 14:20-də küçəy çıxıb evlərinin Asifin həyəti tərəfdə olan işıq sayğacına baxmaq üçün gedib: 

“Bu vaxt gördüm ki, mənimlə arabir evlərə fəhləlik etməyə gedən Telman Asifin həyətinə girdi. Mən Telmana işlə əlaqədar olaraq söz demək üçün arxamca Asifin evinə getdim. Asiflə salamlaşdıqdan sonra Telmanla söhbət etməyə başladım. Bu vaxt Asif söhbətimizə müdaxilə etdi. Asifə dedim ki, əvvəl öz borcunu ödə, sonra danış. Bu vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı Asif yumruqla ağız nahiyəmə bir neçə dəfə yumruq zərbəsi vuraraq məni döydü. Mən xəsarət aldım. Bu vaxt Telman bizi aralaşdırdı və məni öz həyətimə apardı. Evdə olan zaman Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Daha sonra da bu barədə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Hadisə vaxtı Asifi söyməmişəm, onu döyməmişəm”. 

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Asifin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top