Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadıldı

HADİSƏ 11 iyul 2025, 13:56
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti uzadılıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Bəxtiyar Hacıyev məlumat verib.

Bununla bağlı Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə həbs müddətinin 4 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top