Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşan 3 nəfər həbs edildi

DÜNYA 18 sentyabr 2024, 11:28
Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsini planlaşdıran dəstə üzvləri saxlanılıb.

Demokrat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Məlumata görə, aparılan araşdırmalar zamanı 7 Ermənistan vətəndaşının digər şəxslərlə əlbir olaraq hakimiyyəti zorla ələ keçirilməsinə hazırlaşdığı məlum olub. 

Bildirilir ki, həmin şəxslərdən üçü həbs edilib, dörd nəfər isə axtarışa verilib. Hazırda istintaq davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top