“Karbon emissiyalarını azaltmaq üçün tullantıları azaltmaq lazımdır” — Qida mütəxəssisi

SOSİAL 19 sentyabr 2024, 15:52
Günümüzdə bir çox inkişaf etmiş ölkələrdə tullantıların idarə olunması vacib məsələyə çevrilib. Ölkələr bununla bağlı qanunlar qəbul edir. Tullantıların düzgün şəkildə idarə olunması, onlardan təkrar istifadə ekologiyaya vurulan zərəri də azaldır. Azərbaycanda da tullantılar haqqında qanun qəbul olunub. Qanuna əsasən zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədilə tullantıların idarə olunması sahəsində zəruri işlər görülür. Tullantı dedikdə ilk növbədə ağıla gələn daha çox qida tullantılarıdır...

Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, Avropa ölkələrində, eləcə də Türkiyədə tullantılar növlərinə görə atılır: 

“Tullantılar rəngli plastik, şəffaf plastik, rəngli şüşə, şəffaf şüşə, həmçinin kağız, polietilen olaraq çeşidlənərək atılır. Həmçinin kimyəvi tullantılar – batereya, elektrik malları və digərləri də ayrıca tullanır. 

Qida tullantıları da ayrıca toplanmalıdır. Qida tullantılarından heyvan yemləri istehsal olunur. Qida tullantılarını qurudaraq heyvanlar üçün yem hazırlayırlar. Avropada, Türkiyədə bu metod tətbiq olunur. Karbon emissiyalarını azaltmaq üçün tullantıları da azaltmaq lazımdır. Məsələn, göyərtilərin saplaq hissəsini yaxşı yuyub bulyonlarda istifadə etmək olar. Bununla həm tullantıların qarşısı alınır, həm də israfçılığa yol verilmir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top