Bu ölkənin paytaxtında terror aktı —Xeyli sayda ölən var

DÜNYA 19 sentyabr 2024, 20:57
Malinin paytaxtı Bamakoda dəhşətli terror aktı törədilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “France-Presse” qəzeti  məlumat yayıb. 

Məlumata görə, silahlı hücum nəticəsində 77 nəfər ölüb, 255 nəfər yaralanıb. Onların əsas hədəfləri jandarma məktəbi və hava limanı olub.

Bildirilir ki, sentyabrın 17-də səhər tezdən bir qrup terrorçu şəhərin cənub-şərqindəki jandarma məktəbinə girməyə cəhd edib. Göstərilən ərazidə partlayışlar və atışma baş verib və bir müddət sonra hərbçilər vəziyyətə nəzarət etdiklərini açıqlayıblar.

Hadisə ilə bağlı Modibo Keyta Beynəlxalq Hava Limanına giriş də müvəqqəti olaraq məhdudlaşdırılıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top