II Marqret xəstəxanaya yerləşdirildi

DÜNYA 19 sentyabr 2024, 22:30
Oğlunun xeyrinə taxtdan imtina edən Danimarka Kraliçası II Marqret Fredensborqdakı iqamətgahında yıxılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Ritzau” qəzeti məlumat yayıb. 

Məlumata görə, hadisədən dərhal sonra Kraliça xəstəxanaya yerləşdirilib. 

"Kraliça şəraiti nəzərə alaraq yaxşı vəziyyətdədir, lakin hazırda həkim nəzarətindədir", - Sarayın sözçüsü deyib. 

Xatırladaq ki, yanvar ayında II Marqret 52 il sonra taxtdan imtina edib.  Bundan sonra onun oğlu Frederik X Danimarkanın yeni kralı olub.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top