“Uşağı ana südündən məhrum etmək, onu yarımcan edir” — Ginekoloqdan MƏSLƏHƏT

SOSİAL 19 sentyabr 2024, 17:07
“Ana südünün tərkibində nəinki qida, zülal, yağ, vitaminlər, karbohidratların miqdarı, hətta suyun belə miqdarı uşağa kifayət edəcək dərəcədədir. Ana südü içən uşağa əlavə su içməsinə belə ehtiyac yoxdur. Bu qida uşaqlar üçün ən universal qidadır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında ginekoloq Rəşad Sultan deyib. 

O bildirib ki, ana südündən uşağı məhrum etmək, təbiətin axışına zidd getməkdir:



“Daha kobud desək, uşağı ana südündən məhrum etmək, onu ac qoymaq deməkdir. Əgər həri, xınayaxdı, toy, evlilik hər biri bu uşağı dünyaya gətirmək üçündürsə, uşaq dünyaya gələndən sonra onu ana südündən məhrum edib, yemeksiz buraxmaq bunların hamısını heç edir. 

Bəzən uşağa süni qida verirlər. Uşaq bu qidaya öyrəşdikdən sonra artıq ana südü içmək istəmir. Doğuşdan sonra ilk 2-3 gün sonra olan tənbəllik buna səbəb olur. Bütün dünyada ana südü çox ciddi şəkildə maarifləndirmə yolu ilə həm təbliğ olunur, həm də tətbiq edilir. Bizdə isə maarifləndirmə işi çox zəifdir. Yaxşı ki, bu məsələni bəzi jurnalistlərimiz mediada ara-sıra işıqlandırır. Çünki bu məsələ dırnaqarası baxılacaq və laqeyd yanaşılacaq məsələ deyil”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top