"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi ölkə çempionatında heç-heçə edib

İDMAN 19 sentyabr 2024, 23:52

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Elfsborq" (İsveç) ölkə çempionatında növbəti oyununa çıxıb.

XXIII turda "Norrçyopinq" klubu ilə qarşılaşan Buros təmsilçisi rəqibi ilə heç-heçə edib - 2:2.

İsveç çempionatında "Elfsborq" 37 xalla dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Elfsborq" ilə dekabrın 12-də səfərdə qarşılaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top