Rusiyada satışda Livanda partladılan peycerlər tapılıb

REGİON 19 sentyabr 2024, 12:56
Rusiyanın onlayn satış platformalarında Livanda partlamış peycerlərə bənzər rabitə vasitələri aşkar olunub.

Azpost.info Lenta.ru-ya istinadən bildirir ki, sözhbət Yaponiyanın ICOM şirkətinə məxsus icom v82 modelindən gedir.

Reklamlara görə, bu modelin cihazları on min rubla satışa qoyulub.

Eyni zamanda RİA Novosti xəbər verir ki, məşhur bazarlarda bu modelin satışı ilə bağlı bir neçə reklam tapılıb. Qurğuların altı min rubla qədər olduğu göstərilir.

NEWS.ru-nun xəbərinə görə, bu rabitə qurğuları regionlar da daxil olmaqla onlayn radio avadanlıqları mağazalarından da almaq olar. Bəzi satıcılar məhsulun dayandırıldığını vurğulayıb.

Sentyabrın 17-də Livanın müxtəlif ərazilərində peycerlər partladılıb. Nəticədə dörd min nəfər yaralanıb. 11 nəfər, o cümlədən “Hizbullah” liderlərindən birinin 8 yaşlı oğlu da daxil olmaqla həlak olub.

Partlayışlar sentyabrın 18-də də davam edib: peycerlər və radiolardan sonra noutbuklar, mobil telefonlar partlamağa başlayıb. Livan və Hizbullah İsraili partlayışların təşkilində ittiham edib.

Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov NEWS.ru ilə söhbətində deyib ki, Livanda partlayan peycerlər ya istehsal mərhələsində olub, yaxud da onların daşınması zamanı İsrail xüsusi xidməti tərəfindən partlayıcı qoyulub. Onun fikrincə detonator rolunu batareyalar və sxemlər oynayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top