İçki və tütün məmulatları ilə bağlı yenilik: Depozit tətbiq ediləcək

İQTİSADİYYAT 19 sentyabr 2024, 15:33
“Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq. Burada əsas məqsəd büdcədən yayınmaların qarşısını almaqdır”.




Demokrat.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, vəsait təminatının həyata keçirilməsində məqsəd tranzit daşımalara nəzarəti gücləndirməkdir. Tranzit şirkətləri ödənişini mövcud qaydalar əsasında və əvvəlki məbləğdə həyata keçirəcəklər. Sadəcə təminat olaraq, yəni ödənişlərdən yayınmamaq üçün bu addım atılıb. Bu, büdcə gəlirlərinə təsir göstərə bilər:

“Dəgər əsas məqsəd isə tranzit daşımalar zamanı büdcədən yayınmanın qarşısının alınmasıdır. Əslində vəsait təminatı, büdcəyə daxiloması proqnozlaşdırılan vəsaitin büdcəyə alınmasındakı risklərin aradan qaldırılması anlamına gəlir. Belə qayda bir sıra ölkələrdə tətbiq edilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 13:28
Top