Azərbaycanda yeni telekanal açılır

ŞOU-BİZNES 19 sentyabr 2024, 13:01

Azərbaycanda yeni televiziya kanalı yaradılıb. 

OLAY yazır ki, bununla bağlı “SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Sayavuş Hüseynli məlumat yayıb.

Sayavuş “Sport TV” adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib. 

Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb. 

Qeyd edək ki, ölkə ərazisində idman formatında “İdman Azərbaycan” və “CBC sport” kanalları mövcüddur.





 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top