Nigarın qızından maraqlı paylaşım — FOTO

ŞOU-BİZNES 19 sentyabr 2024, 16:05

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalın qızı Jasmin paylaşımı ilə maraq doğurub.

Demokrat.az OLAY-a istinadən xəbər verir ki, sənətçinin övladı bağda babası ilə çəkilən səmimi fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

Jasmin şəkillərə “Sevdiyim babam” qısa şərhini yazıb.

Qeyd edək ki, Nigar Camalın qızı Jasmin Londonda peşəkar futbol ilə məşğuldur. O bu il İngiltərənin ən nüfuzlu universitetlərindən biri olan “City University of London”a qəbul olub. Jasmin, İqtisadiyyat fakültəsində təhsil alacaq. Nigarın Jasmindan başqa Saida adlı daha bir qızı da var. 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top