Gələn il Azərbaycanda inflyasiya artımı gözlənilir? — PROQNOZ

İQTİSADİYYAT 19 sentyabr 2024, 16:20
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb. Belə ki, Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.

Bəs inflyasiyanın yenidən artacağı gözlənilirmi? Bu göstəricinin artması nələrə təsir edə bilər?



Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda inflyasiyanın yüksəlməsi gözləniləndir:

“Azərbaycan hökümətinin Tarif Şurasından aldığı qərarlara görə, Azərbaycanda benzin 10 %, dizel yanacağı isə 25% bahalaşdı. Bundan başqa, dövlətin göstərdiyi xidmətlərdə və dövlət tərəfindən tənzimlənən qiymətlərdə də bahalaşma oldu. 

Maliyyə Nazirliyi verdiyi proqnozda daha yüksək inflyasiya göstəricilərin olacağını ehtiva edir.  Nəticə etibarilə hər şeyin qiyməti qalxırsa, əsasəndə enerji daşıyıcılarının, dizel yanacağının qiymətləri artırsa, bu kənd təsərrüfatları məhsullarına, logistikaya, daşımalara və hər şeyə ciddi təsir göstərir. Ən əsası da maya dəyərinin artmasına səbəb olur. Düşünürəm ki, inflyasiya gələn il daha yüksək olacaq”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top