Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Səfərin əhəmiyyətinə toxunan Milli Məclisin deputatı Tural Gəncəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinin şeyxinin dəvəti ilə ölkəyə işgüzar səfəri çox strateji önəm daşıyır:
“Çünki Azərbaycanın rolu xüsusilə müsəlman dünyasında, ərəb ölkələri arasında kifayət qədər güclüdür. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ərəb Dövlətləri Liqasında çox önəmli ölkə kimi qəbul edilirik. Bunun əsas səbəbi Prezidentin güclü lider kimi ortaya qoyduğu siyasətdir. Təbii ki, Azərbaycan 2014-cü ildə, hələ 11 il bundan qabaq BMT Təhlükəsi Şurasının qeyri-daimi üzvü seçiləndə islam və türk dünyasının, İslam Əməkdaşlıq Təşkilatının lideri kimi öz mövqeyini, sözünü demişdi. Azərbaycan daha sonra möhtəbər beynəlxalq tədbirləri keçirməklə, beynəlxalq siyasətdə mühüm rol oynamaqla öz nüfuzunu artırmışdır. Ərəb Dövlətləri Liqası və Körfəz ölkələri Azərbaycan Prezidenti kimi mühüm bir oyunçu ilə dost olmaq arzusundadır”.
Deputat qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri Azərbaycanın bilavasitə Fars körfəzində mühüm bir strateji oyunçuya çevrildiyini də təsdiqləyə bilər:
“Ona görə ki, dünyanın enerji daşıyıcılarının Avropa və dünya bazarlarına neft-qaz ixracının əsas hissəsi, faizi məhz Fars körfəzindən keçir. Birləşmiş Ərəb Əmirlikləri burada çox önəmli bir ölkədir. Digər bir mühüm məsələ Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bir yerdə yeni alternativ enerji sahəsində birgə hərəkət edəcəyi artıq məlumdur.
Birləşmiş Ərəb Əməlliklərində də alternativ enerji mənbələrinin inkişafına çox böyük önəm verilir. Azərbaycan artıq türk dünyası, Mərkəzi Asiya, Çindən-Avropaya uzanan tranzit kommunikasiya xətlərinin açar ölkə, açar oyunçusu olmaqla öz sözünü təsdiqləyib. Bu gün Azərbaycan artıq yeni bir daha güclü səhifə açaraq Fars körfəzinə, Ərəbistan dənizi və Hind okeanına doğru böyük bir həmlə gedir. Bu artıq Azərbaycanın orta güc ölkə kimi təsliqləndiyini, hətta qlobal bir oyunçuya çevrildiyini göstərir”.
Leyla Turan
Demokrat.az