Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salındı

QARABAĞ 15 yanvar 2025, 11:51
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa və Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdır.

Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top