Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları QSC (AZAL) aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtlərini yumşaldıb. Artıq ən çox satılan ekonom sinfinin klassik biletlərini dəyərindən asılı olmayaraq cərimə ödəməklə geri qaytarmaq mümkündür. Ekonom sinfinə aid olan büdcə biletlərini isə alınandan 3 saat ərzində cəriməsiz qaytarmaq və dəyişdirmək olar. Həmçinin uçuşa çata bilməyən turistlər biletlərini başqa tarixə dəyişdirə biləcək.
Məsələyə turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ə.Şiriyevin sözlərinə görə bilet məsələsi turizm sahəsində, sərnişin daşımalarında ən aktual mövzudur:
“Çünki turizmin özəyi, tur paketlərinin tərkibinin ən vacib və ən çox maliyyə təşkil edən hissəsi biletlərdir. Biletlərin qaytarılması və dəyişdirilməsi şərtlərinin yumşaldılması zəruri idi. Bu, turistlərdə daha çox səyahət etməyə imkan və istək yaradacaq. Çünki insanlar həmişə narahat olurdular ki, bileti qaytara, dəyişə bilməsələr, nə olacaq, yüksək miqdarda cərimə ödəmək riski ilə qarşı-qarşıya qalırdılar. Şərtlərin yumşaldılması insanların narahatlığını azaldacaq, aviabilet satışı artacaq. Bilet alan şəxsin planı dəyişsə belə artıq biletini qaytara və ya başqa tarixə dəyişdirə biləcək. Bu addım müştəri məmnuniyyətini də artıracaq, AZAL-ın imicinə də müsbət təsir göstərəcək. Bilirsiniz ki, bir müddət əvvəl AZAL-ın strukturunda dəyişikliklər oldu və getdikcə bunun müsbət təsirlərini görürük. Ölkəmizdə bir sıra hava yolları uçuşlar həyata keçirir, AZAL-ın müştəri məmnuniyyətinin artırılmasına yönəlik yeni siyasəti vətəndaşların, eləcə də xarici ölkə vətəndaşlarının yerli aviaşirkətlə səyahət etməyə üstünlük vermələrinə şərait yaradacaq. Müxtəlif kampaniya və güzəştlərlə, şərtləri yumşaltmaqla daha çox insanı milli aviadaşıyıcını seçməyə təşviq etmək olar”.
Törə Zeynallı
Demokrat.az