"Opel" səkiyə çırpıldı, ölən və xəsarət alan var

HADİSƏ 15 sentyabr 2024, 13:52
Xaçmaz rayonunda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Demokrat.az
-ın məlumatına görə, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, sürücü "Opel" markalı avtomobilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb. 

Qəza zamanı 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov hadisə yerində ölüb, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 18:27
Top